"Qarabağ"da ciddi itki
- 06 Okt 2019 15:17
- 1220
“Qarabağ”ı yarımmüdafiəçisi Qara Qarayev bu həftə Avropa Liqasında “Düdelanj”a qarşı keçirilən matçda zədə alıb.
Rekord.az xəbər verir ki, bu səbəbdən o, bu gün Premyer Liqada “Sabah”a qarşı keçiriləcək oyunu buraxmalı olacaq.
Bununla belə, Qara Qarayevin sabah Azərbaycan millisinin düşərgəsinə qoşulacağı bildirilir. Onun oktyabrın 9-u Bəhreynlə yoxlama, oktyabrın 13-də isə Macarıstanla Avro-2020-nin seçmə oyununda iştirak edib-etməyəcəyi hələ bilinmir.