"Qarabağ"dan Almeya açıqlaması
- 24 Dek 2019 16:00
- 1017
“Qarabağ” Riçard Almeydanın klubdan ayrılması ilə bağlı Qazaxıstan mətbuatına verdiyi açıqlamaya münasibət bildirib.
Rekord.az xəbər verir ki klubun direktoru Əmrah Çəlikəl qol.az saytına bildirib ki, onlar futbolçuya yeni müqavilə təklif ediblər: “Danışıqlar olub. Biz təklifimizi irəli sürmüşük və hazırda ondan cavab gozləyirik. Qazaxıstan mediasında dediklərini bizim saytlarda görmüşük. Almeydanın bizimlə müqaviləsi başa çatıb. Bizə klubdan ayrılması ilə bağlı heç nə deməyib. Klubun maliyyə balansı var ki, onu poza bilmərik. Maaşını artırmaq istəməsi haqda xəbərlər doğrudur. Onun belə bir şərt irəli sürməsini başa düşürük. Hazırda azad agentdir. Amma qeyd etdiyim kimi, biz onunla yeni müqaviləni digər futbolçularla da maliyyə balansını qorumaqla bağlaya bilərik. Ayrılmaq haqda açıqlamasına gəlincə, şəxsən özü bizə bu haqda heç nə deməyib”.