“Qarabağ”dan azarkeşlərinə jest
- 02 Dek 2019 15:20
- 936
“Qarabağ”ın rəsmi fan-şopunda başlayan “Sunny Friday” adlı endirim kampaniyası davam edir.
Rekord.az xəbər verir ki, azarkeşlərin bu kampaniyaya marağını nəzərə alan klub, kampaniyanın müddətini 5 dekabr tarixinə kimi uzadıb.
Azarkeşlər “Qarabağ”ın rəsmi məhsullarını qeyd olunan tarixə kimi Park Bulvarda yerləşən fan-şopdan 40 faiz endirimlə əldə edə bilərlər.