“Qarabağ”dan dördüncü gündə tək məşq
- 16 Yan 2020 00:30
- 828
“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
Rekord.az xəbər verir ki, Ağdam klubu qonşu ölkədə dördüncü günü tək məşqlə başa vurub.
Yerli vaxtla saat 17:30-da start götürən məşq təxminən saat yarım davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki təmrinləri yerinə yetirib. Hazırlıq toplu çalışmalarla başa çatıb.