Qadın həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna start verilib.


Rekord.az xəbər verir ki, turun açılış matçında 1-4-cü yerlər uğrunda yarışan “Qarabağ” və “İdman Akademiyası” komandaları üz-üzə gəliblər.


“AHF Arena”da keçirilən qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 33:26.


Qeyd edək ki, turun digər oyunu sabah "Azəryol" və "Kür" komandaları arasında keçiriləcək.