“Qarabağ”dan Mahir Emreli ilə bağlı rəsmi açıqlama
- 04 Noy 2019 20:00
- 1053
“Qarabağ”ın Premyer Liqanın 10-cu turunda “Neftçi” ilə matçda (0:0) zədələnən futbolçusu Mahir Emrelinin vəziyyətinə aydınlıq gəlib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçunun əzələsində dartınma olduğu aşkarlanıb. Emrelinin təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Mahirin Avropa Liqasının qrup mərhələsinin növbəti turunda APOEL-lə keçiriləcək səfər oyunda iştirak etməyəcəyi dəqiqdir. Bu oyun noyabrın 7-də keçiriləcək.