Qadın həndbolçular arasında Azərbaycan çempionatında 5-ci və 6-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, “AHF Arena”da baş tutan 5-ci turun matçları favoritlərin qələbəsi ilə nəticələnib.

İlk matçda “Qarabağ” U-16-nı asanlıqla üstələyib - 49:5. “İdman Akademiyası” – “Azərsu” görüşündə də nominal ev sahibi 42:12 hesablı qələbəyə sevinib.

6-cı tur çərçivəsində “Qarabağ” yenə U-16 ilə qarşılaşıb və 55:22 hesablı qələbəyə sevinib. “İdman Akademiyası” isə “Azərsu”nu bu tur 47:14 hesabı ilə məğlub edib.

Hərəyə 12 xalı olan “Azəryol” və “İdman Akademiyası” çempionatın şərikli liderləridir. “Qarabağ”la “Azərsu”nun aktivində 6 xalı var. U-16 hələ də xal qazana bilməyib.