"Qarabağ" Futbol Klubu Zaqreb "Dinamo"su ilə Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı üçün xüsusi oyun proqramı hazırlayıb. Qeyri-adi dizaynı olan nəşrdə komandanın tarixi "Ludoqorets" səfər matçından öncə çəkilən böyük ölçülü kollektiv fotosu yerləşdirilib. Bununla yanaşı, proqramda rəqiblər haqqında müfəssəl - baş məşqçilər, bu mövsümkü çıxışlar, bombardirlər, klubların tarixləri, heyətlər, müxtəlif statistikalar və başqa bu kimi məlumatlar öz əksini tapıb.