“Qarabağ”ın “Ayaks”la oyununu Şotlandiyadan olan hakimlər idarə edəcək
- 22 Okt 2024 13:40
- 135
Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunun oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Rekord.az xəbər verir ki, baş hakim FIFA referisi Nikolas Uolş olacaq.
Ona Qrem Stüart və Kalum Spensi kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kristofer Qrehem yerinə yetirəcək. VAR-da Kevin Klensi, AVAR-da Con Biton əyləşəcək.
"Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.