“Qarabağ”ın “Bodo Qlimt”lə oyununun hakimləri bəlli oldu
- 05 Noy 2024 15:47
- 102
Norveçdə yerli "Bodo Qlimt"lə Azərbaycan çempionu "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin oyununun təyinatları bəlli olub.
Rekord.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
Matçı FIFA referisi Luis Qodinyo idarə edəcək. Ona Ruy Teyşeyra və Pedro Almeyda kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Andre Narsişu yerinə yetirəcək. VAR-da Hüqo Migel, AVAR-da Fabio Oliveyra Melo əyləşəcəklər.
Avroliqanın Liqa mərhələsinin 4-cü turunun "Bodo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.