“Qarabağ”ın ÇL-dəki rəqibi cərimələnib
- 23 Sen 2024 20:10
- 112
UEFA "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olmuş Xorvatiyanın "Dinamo" klubunu 50000 avro cərimələyib.
Rekord.az xəbər verir ki, buna Zaqreb təmsilçisinin evdə Azərbaycan komandasına qarşı keçirdiyi pley-off mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.
Meydan sahibləri "ictimai keçidlərin bağlanması"na görə 26000 avro ödəməli olacaq. "Dinamo" pirotexniki vasitələrdən istifadəyə görə isə 24000 avro ziyana düşüb.
Qarşılaşma Xorvatiya çempionunun qələbəsi ilə bitib - 3:0. Bakıda da qalib gələn zaqreblilər (2:0) Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıblar.