“Qarabağ”ın ÇL matçının hakimləri dəyişdirildi
- 24 İyl 2024 14:20
- 182
Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının hakimləri dəyişdirilib.
Rekord.az xəbər verir ki, görüşü Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək.
Baş hakim Yakob Sundberqə Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq.
Bundan əvvəl oyuna ukraynalı hakimlər təyinat almışdı. Cavab qarşılaşması iyulun 30-da Tofiq Bərhamov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.