“Qarabağ”ın da güclü və zəif tərəfləri var” – Knutsen
- 06 Noy 2024 18:15
- 74
“Bodo Qlimt” komandasının baş məşqçisi Hyetil Knutsen Norveçdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından əvvəl mətbuat konfransında iştirak edib.
Rekord.az xəbər verir ki, 56 yaşlı mütəxəssis rəqibi təhlil etdiklərini bildirib:
“Asan oyun olmayacaq. Onlar turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar. Buna fikir verməməli və sabahkı görüşdə hər şeyə hazır olmalıyıq. Avrokuboklarda hər oyun çətin keçir. “Qarabağ”ın da güclü və zəif tərəfləri var”.
Baş məşqçi Azərbaycan çempionunun ötən tur Bakıda Niderland təmsilçisi “Ayaks”a uduzmasını (0:3) xatırlayıb:
“11 nəfərlə çox yaxşı mübarizə aparırdılar. “Qarabağ” azlıqda qaldıqdan sonra məğlub oldu”.