"Bazel" yaxşı komandadı. Onlar Çempionlar Liqasının qrup mərhələsində də oynayıblar. “Qarabağ” da oynayıb bu turnirdə. Amma bu mövsüm komandamızı “Bazel”lə müqayisədə daha hazırlıqlı gördüm”.

Rekord.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Danilo Dias deyib.

“Qarabağ”da çıxış etmiş braziliyalı Ağdam klubunun bu mövsüm avrokuboklardakı çıxışı barədə danışıb.

Onun sözlərinə görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu mövsüm avrokuboklarda daha güclü çıxış edir və “Bazel”lə matçda da qələbə qazana bilər:

"Qarabağ"ın daha keyfiyyətli, yaxşı məşqçisi var. Hər zaman “Qarabağ” bu cür vacib matçlara yaxşı konsentrasiya ilə çıxırdı.