
"Qarabağ"ın düşərgəsindən baş verən bu xəbər "Kəpəz"i sevindirir
- 15:00
- 74
Misli Premyer Liqasının 27-ci turunda "Kəpəz"in qonağı olacaq "Qarabağ" ciddi itkilərlər üzləşib.
Rekord.az xəbər verir ki, Ağdam klubu bu qarşılaşmada 3 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
"Araz Naxçıvan"la oyundakı dava-dalaşda etdikləri hərəkətlər üçün sonradan AFFA İntizam Komitəsi tərəfindən sərt cəzalar alan Marko Yankoviç, Musa Qurbanlı və Elvin Cəfərquliyev sabahkı qarşılaşmada forma geyinə bilməyəcək.