“Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı
- 17 Noy 2019 14:00
- 956
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətindən bir futbolçu kənarlaşdırılıb.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, Maksim Medvedev zədəli olduğu üçün bu oyunda iştirak edə bilməcəyək.
“Qarabağ”ın müdafiəçisi noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya – Azərbaycan oyununa yollanacaq heyətdən çıxarılıb.