Futbol üzrə Bolqarıstan yığması yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Simeon Slavçevin formasını geyindiyi kollektiv doğma meydanda Paraqvay milli komandası ilə üz-üzə gəlib.

Sofiyada baş tutan matç bolqarların məğlubiyyəti ilə başa çatıb – 0:1. Zədədən yeni qayıdan Slavçev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, Bolqarıstan yığması noyabrın 17-də AÇ-2020-nin seçmə mərhələ çərçivəsində Çexiyanı qəbul edəcək. “Qarabağ”ın yarımmüdafiəçisinin həmin oyuna qədər hazır olması gözlənilir.