“Qarabağ”ın qış təlim-məşq toplanış planı məlum olub.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 7-də klubunun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlığına start verəcək. 

Futbolçular yanvarın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək. Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək. “Qarabağ” yanvarın 18-də Rumıniyanın “Akademika” (Klinçeni), yanvarın 22-də Qazaxıstanın "Jetisu", yanvarın 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla” (Plok) klublarıyla qarşılaşacaq.

Yanvarın 26-da isə komanda Bakıya dönərək fevralın 2-də baş tutacaq “Səbail"lə matçın hazırlığını burada davam etdirəcək.