"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Flamenqo" komandasının baş məşqçisi Felipe Luislə danışdıqdan sonra İspaniya təmsilçisi "Sevilya"ya keçmək fikrindən daşınıb.


Rekord.az xəbər verir ki, bu barədə "Uol.com" nəşri məlumat yayıb.


Braziliya A Seriyasında çıxış edən klub Azərbaycan çempionuna və 28 yaşlı hücumçuya yeni təklif göndərib.


"Flamenqo" forvard üçün 5 milyon avro (4+1) ödəmək istəyir. Juninyoya verilə biləcək mümkün maaş isə "Sevilya"nın təklifindən üç dəfə çoxdur. Braziliyalı oyunçu ilə üçillik müqavilə imzalamaq niyyətində olan klub mövsümöncəsi onu heyətinə qatmağa çalışacaq.


Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.