“Qarabağ”ın istədiyi futbolçu “Fənərbaxça”nın heyətindən çıxarıldı
- 05 Fev 2020 13:20
- 681
“Qarabağ”ın transfer etmək istədiyi Alper Potuk Türkiyənin “Fənərbaxça” klubunun heyətindən çıxarılıb.
Rekord.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin adı mövsümün ikinci yarısı üçün Türkiyə Futbol Federasiyasına təqdim olunan siyahıda yer almayıb.
Əvəzində “Fənərbaxça” ilk dövrədə xidmətindən yararlana bilmədiyi Mehmet Ekicini mövsümün qalan hissəsi üçün sifariş edib.
Qeyd edək ki, “Fənərbaxça”nın əzəli rəqibi “Qalatasaray” da iki futbolçusunu siyahıdan çıxarıb. Söhbət zədəsi səbəbindən mövsümü erkən başa vuran Kristian Luyindama ilə Yuto Naqatomodan gedir.
Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Alper Potuk üçün danışıqlar apardıqlarını təsdiqləmişdi. Lakin son məlumatlara görə, tərəflər bu transferlə bağlı razılığa gələ bilməyiblər. Amma Alperin İstanbul klubu tərəfindən sifariş olunmaması onun həm Ağdam təmsilçisinə, həm də başqa bir komandaya transferinin hələ də mümkünlüyündən xəbər verir.