
“Qarabağ”ın kubok matçına bilet satışı başladı
- 13:40
- 36
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - "Səbail" oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.
Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Fevralın 27-də keçiriləcək və saat 16:00-da başlayacaq oyunda qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.