“Qarabağ”ın futbolçusu Simeon Slavçev vətəni Bolqarıstana qayıda bilər.

Rekord.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə “Levski” klubu yaxından maraqlanır. 

Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Xəbərdə, Sofiya təmsilçisinin Slavçevlə artıq danışıqlara başladığı və yarımmüdafiəçi üçün “Qarabağ”a təklif göndərdiyi bildirilir.

2018-ci ilin iyulundan “Qarabağ”da forma geyinən Slavçevin Ağdam təmsilçisi ilə 2021-ci ilin yayına kimi müqaviləsi var.