“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.


Rekord.az xbər verir ki, komanda 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək.


Misli Premyer Liqasının 18-ci turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan futbolçular 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər. Komandanın hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazamızda baş tutacaq.


Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. Komanda yanvarın 9-da “Kəpəz”, üç gün sonra “Zirə” ilə üz-üzə gələcək.


Mövsümün ikinci yarısı yanvarın 17-19-da keçiriləcək 19-cu turun matçları ilə başlayacaq.