“Qarabağ”ın rəqibi Almaniya klubuna uduzdu
- 12 Okt 2019 12:22
- 728
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Lüksemburqun “Düdelanj” klubu yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, sözügedən komanda Almaniya üçüncü liqasında mübarizə aparan “Kayzerslautern”lə qarşılaşıb.
Lüksemburq təmsilçisi bu oyunda 0:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Düdelanj”la “Qarabağ” arasındakı ilk oyun oktyabrın 3-də Lüksemburqda baş tutub və Ağdam klubunun 4:1 hesablı qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda keçiriləcək.