“Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi
- 11 Noy 2019 10:00
- 791
Futbol üzrə İspaniya La Liqasında 13-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Sevilya” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Betis”lə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən qələbə ilə ayrılıb – 2:1.
“Sevilya” hazırda 24 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
“Qarabağ” İspaniya klubu ilə Bakıda baş tutan ilk oyunda məğlub olub – 0:3. Ağdam klubu bu rəqiblə ikinci matçını noyabrın 28-də səfərdə keçirəcək.