“Qarabağ”ın rəqibi “Çelsi”nin sabiq futbolçusunu transfer etdi
- 02 Sen 2024 23:58
- 164
"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən "Olimpiakos" (Yunanıstan) heyətini məşhur futbolçu Villianla gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Braziliya millisinin sabiq üzvü daha əvvəl İngiltərədə "Çelsi", "Arsenal" və "Fulhem" kimi klubların şərəfini qoruyub.
"Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvar 30-da səfərdə qarşılaşacaq.