Futbol üzrə İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir. 

Rekord.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Sevilya” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Xetafe” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən qələbə ilə ayrılıb – 2:0.

“Sevilya” hazırda 19 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

“Qarabağ” İspaniya klubu ilə Bakıda baş tutan ilk oyunda məğlub olub – 0:3. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 28-də səfərdə keçiriləcək.