![photo](https://rekord.az/uploads/5/4d67b474-143b-3b38-b12f-a901f349ae29-850-600x300.jpg)
“Qarabağ”ın rəqibi yoxlama oyununda məğlub oldu
- 2023-12-07 17:00
- 230
“Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveç "Hakken"i yoldaşlıq oyunu keçirib.
Rekord.az xəbər verir ki, sözügedən komanda Finlandiya təmsilçisi HJK-lə üz-üzə gəlib.
Qarşılaşma İsveç klubunun 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
"Qarabağ" H qrupunda sonuncu matçını məhz "Hakken"ə qarşı keçirəcək. Dekabrın 14-də Bakıda keçiriləcək oyun saat 21:45-də başlayacaq.