“Qarabağ”ın rəqibində ayrılıq
- 02 Sen 2024 18:30
- 141
"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Malmö" futbolçusu Peter Qvarqis ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi karyerasını İraqda davam etdirəcək. İsveçdən olan oyunçu "Dahuk" klubuna keçib.
"Qarabağ" "Malmö" ilə oktyabrın 3-də, saat 20:45-də Bakıda qarşılaşacaq.