Futbol üzrə Kipr çempionatında 8-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda AEK (Larnaka) ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Cari mövsümdə ilk xal itkisi ilə üzləşən bu heç-heçədən sonra 13 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb. Amma bu komandanın üç oyunu da təxirə salınıb.

“Qarabağ” APOEL-ə qarşı ilk oyunu oktyabrın 24-də Bakıda keçirib və 2:2 hesablı heç-heçəyə razılaşıb. Bu komandalar arasındakı ikinci görüş isə noyabrın 7-də Kiprdə baş tutacaq.