“Qarabağ”ın rəqibindən Madrid “Atletiko”su ilə heç-heçə
- 03 Noy 2019 01:03
- 664
Futbol üzrə İspaniya La Liqasında 12-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Sevilya” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Madrid “Atletiko”su ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
“Sevilya” hazırda 21 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
“Qarabağ” İspaniya klubu ilə Bakıda baş tutan ilk oyunda məğlub olub – 0:3. Ağdam klubu bu rəqiblə ikinci matçını noyabrın 28-də səfərdə keçirəcək.