“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Olimpiakos” Yunanıstan Super Liqasında növbəti oyununu keçirib.


Rekord.az xəbər verir ki, sözügedən komanda 19-cu tur çərçivəsində səfərdə “Atromitos”la qarşılaşıb.


"Olimpiakos" bu matçda 2:1 hesabı ilə qalib gəlib. 


Hazrda turnir cədvəlində “Olimpiakos” 43 xalla liderdir. "Atromitos" isə 22 xalla 9-cudur.


"Olimpiakos" - "Qarabağ" oyunu yanvarın 30-da Yunanıstanda keçiriləcək.