“Qarabağ”ın rəsmiləri APOEL-in muzeyində
- 07 Noy 2019 16:42
- 729
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin nümayəndələri bu gün keçiriləcək oyundan əvvəl Kipr klubunun muzeyini gəziblər. Bu barədə APOEL-in rəsmi saytı məlumat yayıb.
APOEL-in muzeyini ziyarət edənlər arasında klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov və mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov yer alıb.
Bu gün keçiriləcək APOEL – “Qarabağ” oyunu saat 21:55-də start götürəcək.