“Qarabağ”ın sabiq futbolçusu Ukraynada ağır yaralanıb
- 26 May 2022 23:21
- 587
“Qarabağ”ın sabiq futbolçusu Aleksandr Voskoboynik Ukraynadakı müharibədə ağır yaralanıb.
Rekord.az xəbər verir ki, bu barədə rusiyalı tanınmış teleşərhçi Aleksey Andronov teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, ukraynalı veteran hücumçu qondarma Donetsk və Luqansk Xalq respublikalarında səfərbərlik zamanı Rusiya ordusuna cəlb olunub. Voskoboyniklə yanaşı, digər sabiq forvard Vadim Sladki də döyüş əməliyyatlarına qatılıb.
İddiaya görə, hər iki futbolçu öz ölkələrinə qarşı vuruşmağa məcbur ediliblər. Donetskdəki küçə döyüşlərində Sladki öldürülüb, Voskoboynik isə ağır güllə yarası alıb. Onun paytaxt Moskvaya aparıldığı bildirilib.
Xatırladaq ki, Voskoboynik 2005-ci ildə "Qarabağ"ın formasını geyinib.