"Qarabağ"ın yeni legioneri: “Bura futbol baxımından geri qalmır” MÜSAHİBƏ
- 09 Fev 2020 15:00
- 824
Rekord.az xəbər verir ki, "Qarabağ"ın 23 yaşlı qanalı yeni hücumçu futbolçusu Kvabena Ovusu Premyer Liqanın XVI turunda "Neftçi" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra brifinq keçirib.
- Bizim üçün asan olmadı, çünki bu derbi idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi və aqressiv idi. Düşünürəm ki, pis oyun alınmadı.
- Bu, Azərbaycanda ilk matçınız idi. Buraya gələnə kimi fikirləşdiklərinizlə gördükləriniz üs-üstə düşdümü?
- Futbol hər yerdə futboldur. Matça köklənməlisən və öz oyununu sərgiləməlisən.
- İspaniya III liqasından Azərbaycana gəldiniz. Oyun baxımından özünüzü narahat hiss edirsiniz?
- Ola bilər ki, əvvəl çıxış etdiyim çempionata daha çox azarkeş gəlsin. Amma bura futbol baxımından geri qalmır.
- "Qarabağ"a keçdiyiniz vaxt bəzi problemlər yarandı. Hətta klubdan icazəsiz gəldiyiniz deyilirdi. Həmin vaxt nə baş vermişdi? "Kordoba"nın baş məşqçisi demişdi ki, bizdən icazəsiz gedib.
- Bu barədə danışmağın vaxtı deyil. Elə bir şey yoxdur.
- Klub rəhbərliyi onlara hörmətsizlik etdiyinizi düşünürdü?
- Yenə deyirəm ki, bu məsələ ilə bağlı heç nə danışmaq istəmirəm.
- "Qarabağ"a keçməkdə məqsədiniz və hədəfiniz nədir? Daha çox pul qazanmaq, yoxsa avrokuboklarda çıxış etmək.
- Futbola başlayanda həmişə arzum olub. Hansısa kluba getmək üçün imkan varsa və bu xeyrinə olacaqsa, gərək bu addımı atasan. Burada Çempionlar Liqasında oynamaq imkanı qazanırsan.
- Azərbaycan Premyer Liqasında çıxış edərək Qana millisinə çağırıla bilərsinizmi?
- Əgər işimi yaxşı görəcəyəmsə və daha da artıracağamsa yığma komandaya çağırılacağam