
“Qarabağ”la “Araz-Naxçıvan”ın cavab matçının biletləri satışa çıxarıldı
- 14:40
- 33
Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la "Araz-Naxçıvan" arasındakı cavab oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, qiymət sektorlara uyğun olaraq dəyişir.
Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.
Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, aprelin 23-də keçiriləcək oyun saat 17:00-da başlayacaq. İlk qarşılaşma Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.