AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Birinci Liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun heyətində adları matçın protokolunda olmayan futbolçular oyuna daxil olduğuna görə “Qaradağ Lökbatan”a 0:3 hesablı texniki məğlubiyyət verilib, “Qaradağ Lökbatan” klubu 400 manat cərimə edilib.


“Difai” – “Karvan” oyununun 90+3-cü dəqiqəsində “Difai” klubunun inzibatçısı Murad Şirinov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Difai” klubu 150 manat cərimə edilib.


“Difai” – “Karvan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Difai” klubu 50 manat cərimə edilib.


“Difai” – “Karvan” görüşündə oyun günü planı pozulduğuna görə “Difai” klubu 100 manat cərimə edilib.


“Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilib.