Qax rayon E.Babayev adına 4 saylı tam orta məktəbinin idman zalında “5 Mart-Bədən tərbiyəsi və İdman günü” münasibətilə “İdman Həftəsi” çərçivəsində cüdo idman növü üzrə ustad dərsləri keçirilib.

Rekord.az xəbər verir ki, ustad dərslərində 65 nəfər məktəbli iştirak edib.

Dünya və Avropa Çempionu ,İdman ustası Elşən Abdullayev məktəblilərə cüdo idman növünün yaranma tarixindən danışmış ,cüdo idman növünün incəliklərini müxtəlif fəndlərlə praktiki formada göstərərək tövsiyələr verilib. Sonda isə idmançı tərəfindən məktəblilərə avtoqraf verilərək şəkillər çəkdirilib.