Qazaxda ağırlıqqaldırma üzrə idman tədbiri
- 06 Fev 2024 18:10
- 290
Qazax şəhər 5 saylı tam orta məktəbin idman zalında “İdman hamı üçün” layihəsi çərçivəsində ağırlıqaldırma üzrə idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin idman sektorunun baş məsləhətçisi əməkdar məşqçi Anar İbrahimov çıxış edərək ölkəmizdə idmançılara göstərilən dövlət qayğısından, idmançılarımızın avropa, dünya və olimpiya oyunlarında qazandıqları nailiyyətlərdən danışıbdır.
Qeyd olunub ki, bu kimi tədbirlərin keçirməkdə əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda ağırlıqqaldırma idman növünü inkişaf etdirmək, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkil etməkdir. Daha sonra məşqçi müəllim Sərxan Qasımovun rəhbərliyi altında idmançıların nümunəvi çıxışları keçirilib.