Qazaxda ağırlıqqaldırma üzrə nümunəvi çıxışlar keçirilib
- 22 Dek 2023 19:00
- 264
Qazax Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdarəsi tərəfindən ''idman hamı üçün'' layihəsi çərçivəsində ağırlıqqaldırma üzrə nümunəvi çıxışlar keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin idman sektorunun baş məsləhətçisi, əməkdar məşqçi Anar İbrahimov və ağırlıqqaldırma üzrə Azərbaycanın əməkdar məşqçisi Rayət Abdalov iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili,zərərli vərdişlərdən uzaqlaşdırmaq və sağlam həyat tərzinin təbliğ olunmasıdır.Daha sonra yeniyetmə və gənclərin nümunəvi çıxışlarına baxılıbdır.