Qazaxda 'atletika üzrə idman tədbiri keçirilib.
- 14 Fev 2024 14:47
- 276
Qazax -Tovuz Regional Gənclər və İdman idarəsi tərəfindən Qazax Olimpiya İdman Kompleksində uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği məqsədilə atletika üzrə idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qazax -Tovuz Regional Gənclər və İdman idarəsinin idman sektorunun müdiri Sahib Namazov və sektorun baş məsləhətçisi, əməkdar məşqçi Anar İbrahimov çıxış edərək sağlam həyat tərzinin təşviq və təbliğindən, idmanın insan həyatındakı rolundan danışıblar.
Qazax UGİM-nin məşqçi-müəllimi Fazil İsmayılov və Tərxan Əhməd yarış qaydaları haqqında iştirakçılara ətraflı məlumat veriblər, onlara yarışda uğurlar arzulayıblar.