Qazax stadionu ərazisində yerləşən güləş zalı SSRİ dönəmində tikilib.

Rekord.az xəbər verir ki, hazırda fəaliyyətsiz qaldığından bu zalın məşqçiləri və uşaqları şəraitsiz, başqa zallarda məşq keçməyə gedirlər. 

Qərb bölgəsinin ən böyük güləş zalının ciddi təmirə ehtiyacı var. Ümid edirik ki, Qazax Rayon İcra Hakimiyyəti və eləcə də yerli gənclər-idman idarəsi bu zalın durumuna laqeyd qalmayacaq.