Qazaxda "Cüdo hamı üçün" nümunəvi çıxışlar keçirilib.
- 31 Okt 2023 12:15
- 403
Qazax Olimpiya İdman Kompleksində "Saglam həyat" günləri adlı tədbir və " Abu- life idman klubunda " İdman hamı üçün" layihəsi çərçivəsində " Cüdo hamı üçün" nümunəvi çıxışlar keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qazax- Tovuz Regional Gənclər və idman İdarəsinin rəisi Əziz Məsmalıyev, həmin idarənin sektor müdiri Sahib Namazov və" Abu- life" idman klubunun direktoru Fərid Məmmədov çıxış edərək, idmana və idmançılara göstərilən dövlət qayğısından, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri uğurlar barədə ətraflı məlumat veriblər və qeyd ediblər ki, belə tədbirlərin keçirilməsində məqsəd əhali arasında idmana marağın artırılması, uşaq, yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi və onlarda sağlam həyat tərzinin aşılanmasıdır.
Tədbirdə ümumilikdə Qazax- Tovuz Regional Gənclər və idman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin və Abu- life idman klubunun 39 nəfər idmançısı iştirak edib.