Qazaxda daha bir idman tədbiri keçirilib
- 19 Noy 2024 20:30
- 125
Qazax Olimpiya İdman Kompleksində 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş sərbəst güləş üzrə 2008-2009-cu il təvəllüdlü yeniyetmələr arasında Qazax UGİM-nin açıq birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax UGİM-nin direktoru, sərbəst güləş üzrə Azərbaycan Respublikasının idman ustası, Əməkdar məşqçi Rəhim Namazov və UGİM-nin məşqçi müəllimi sərbəst güləş üzrə SSRİ İdman ustası, Əməkdar məşqçi Müşviq Eyubov çıxış edərək, ''Zəfər Günü''-nün mahiyyəti, əldə olunmuş möhtəşəm qələbədən geniş söz açaraq, yarış iştirakçılarına uğurlar arzulayıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 1-ci, 2-ci və 3-cü yerləri tutmuş idmançılar Qazax-Tovuz Regional Gənclər və İdman idarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.