Qazaxda “İdman hamı üçün” layihəsi
- 10 Okt 2023 11:42
- 377
Qazax rayon ''Abu-life idman klubu''-nun zalında “İdman hamı üçün” layihəsi çərçivəsində karate hamı üçün idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin idman sektorunun baş məsləhətçisi Anar İbrahimov çıxış edərək ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından, idmançılarımızın avropa, dünya və olimpiya oyunlarında qazandıqları nailiyyətlərdən söz açıb.
Qeyd olunub ki, bu kimi tədbirlərin keçirməkdə əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda karate idman növünü inkişaf etdirmək, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkil etməkdir.
Daha sonra ''Abu-life idman klubu''-nun baş məşqçisi Vüqar Həsənovun rəhbərliyi altında idmançıların nümunəvi çıxışlarına baxıblar.