Qazax Olimpiya İdman Kompleksində uşaq və yeniyetmələr arasında karate üzrə Qazax rayon turniri keçirilib.       

Rekord.az xəbər verir ki, yarışın açılış mərasimində Qazax- Tovuz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri, sərbəst güləş üzrə SSRİ idman ustası, əməkdar məşqçi Sahib Namazov, yarışın baş hakimi Namiq Həsənov və Gəncə şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi PHŞ- nin məşqçi-müəllimi, əməkdar məşqçi Ziya Namazov çıxış edərək, iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıblar.   

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I, II və III yerləri tutmuş idmançılar Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.   Yarışda Qazax, Ağstafa və Gəncə şəhərlərindən 45 nəfər idmançı ( 4 nəfər qız) iştirak edib.