Qazaxda qol güləşi və fitnes üzrə idman tədbiri keçirilib
- 20 Okt 2023 16:00
- 320
Qazax Olimpiya İdman Kompleksində “İdman hamı üçün” layihəsi çərçivəsində qol güləşi və fitnes üzrə idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəis müavini Elçin Cəfərov, idman sektorunun baş məsləhətçisi Anar İbrahimov çıxış edərək ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından, idmançılarımızın avropa, dünya və olimpiya oyunlarında qazandıqları nailiyyətlərdən söz açıblar.
Qeyd olunub ki, bu kimi tədbirləri keçirməkdə əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda qol güləşi və fitnes idman növünü inkişaf etdirmək, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkil etməkdir.
Daha sonra çıxış edən Qazax Olimpiya İdman Kompleksinin baş məşqçisi, əməkdar məşqçi müəllim Azər Əliyev qeyd edib ki, Azərbaycanda idman siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Liderimiz demişdir ki
İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.Bu siyasəti ən layiqli şəkildə cənab Prezident İlham Əliyev davam etdirir. Bunun bariz nümunəsidir ki bu gün ən ucqar rayonda İdman komplekslər inşa olunur. Bu komplekslərdən biridə məhz Qazax Olimpiya idman kompleksidir ki burada yeniyetmələr və gənclər idmanla məşğul olub Avropa və dünya çempionatlarında iştirak edib yüksək nəticələr əldə edirlər.
Bu gün tam fəxirlə deyə bilərik ki Azərbaycan bir idman ölkəsidir.
Qol güləşi üzrə əməkdar məşqçi, Fəxri bədən tərbiyəsi və idman işçisi Azər Əliyevin tələbələri Avropa və dünya çempionatlarından 74 medal əldə etmişdirlər ki, onlardan 37-i qızıldır.
Sonda əməkdar məşqçi müəllim Azər Əliyevin rəhbərliyi altında idmançıların nümunəvi çıxışları olub.