Qazax şəhər stadionunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş 2011- 2012- ci il təvəllüdlü yeniyetmələr arasında minifutbol üzrə turnir keçirilib.

Rekord.az xəbər verir ki, yarışda 3 komandadan 30 nəfər idmançı iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci yeri "Göyəzən" FK- nun komandası, ikinci yeri "Qazax Gənclər" FK- nun komandası, üçüncü yeri isə "Qazax Siti" FK- nun komandası tutub.

Qalib komandalara Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri, sərbəst güləş üzrə SSRİ idman ustası, əməkdar məşqçi Sahib Namazov tərəfindən idarənin müvafiq diplomları təqdim olunub.