UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Qazaxıstan yığmasının yeni baş məşqçisi bəlli olub.

Rekord.az “sportradar”a istinadən xəbər verir ki, Qazaxıstan millisi hazırda Karaqanda “Şaxtyor”una rəhbərlik edən Məhəmməd Adiyevə tapşırılacaq.

Adiyev bu postda Andrey Karpoviçi əvəzləyəcək. 45 yaşlı mütəxəssis “Akjayık”ə 0:1 hesabı ilə uduzduqları 7-ci tur oyunundan sonra klub rəhbərliyi ilə bu məsələ barədə görüşüb.

Azərbaycan millisi Qazaxıstanla oyunlarını iyunun 3-də səfərdə, sentyabrın 25-də evdə keçirəcək.