Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.

Rekord.az xəbər verir ki, bu gün 8-ci turun görüşləri keçirilib.

Azərbaycan komandaları da növbəti görüşlərinə çıxıb.

Kişi şahmatçılardan ibarət yığma Qazaxıstanla qarşılaşıb və rəqibini məğlub edib. Bu nəticədən sonra Azərbaycan millisi 13 xalla 4-cü sıraya yüksəlib.

Azərbaycanın qadın millisi isə Rumıniya yığmasıyla heç-heçə edib. Bu nəticədən sonra Azərbaycan millisi 12 xalla 9-cu pilləyə enib.

Ümumdünya Şahmat Olimpiadası
8-ci tur

6 avqust

Qazaxıstan – Azərbaycan 1,5:2,5
Rinat Cumabayev – Rauf Məmmədov - 0,5:0,5
Əlişir Süleymanov – Qədir Hüseynov - 1:0
Arıstanbəy Urazayev – Vasif Durarbəyli - 0:1
Qazıbəy Nökərbəy – Nicat Abbasov – 0:1

Rumıniya – Azərbaycan 2:2
İrina Bulmaqa – Günay Məmmədzadə - 1:0
Mihaela Sandu – Xanım Balacayeva - 0:1
Elena-Luminitse Kosma – Gülnar Məmmədova - 0:1
Miruna-Darya Lehaçi – Ülviyyə Fətəliyeva - 1:0

Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.